Menyu

Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib

Əziz Əzizli
Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib
1 dəq oxu

"Pepe" ləqəbi ilə tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.

Operativ Media xəbər verir ki, Uruqvay prezidenti Yamandu Orsi X sosial media platformasında verdiyi açıqlamada ictimaiyyət arasında "Pepe" ləqəbi ilə tanınan Muxikanın paytaxt Montevideoda dünyasını dəyişdiyini açıqlayıb.

Muxika mətbuata verdiyi son açıqlamada səhhətinin pisləşdiyini bildirmişdi.

Muxika 2021-ci ildə qida borusunda bədxassəli şiş diaqnozu qoyulduğunu açıqlamış və aktiv siyasətdən uzaqlaşdığını bildirmişdi.

Əlaqəli Xəbərlər