Perunun baş naziri Qustavo Adriaenssen parlamentin ona etimadsızlıq səsverməsi ərəfəsində istefa verib.
Operativ Media xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
Adriaansen ölkə prezidenti Dina Boluarteyə müraciətində, "Vətənin ali maraqlarını nəzərə alaraq, Nazirlər Şurasının sədri vəzifəsindən son istefa ərizəsini sizə təqdim etməyə borcluyam", - deyə qeyd edib
Adriaansen 14 ay hökumət başçısı vəzifəsində çalışıb. O, Boluartenin 2,5 illik hakimiyyətində üçüncü baş nazir olub.






