BMT: 10 həftədən artıqdır ki, Qəzzaya yemək, dərman, su və ya çadır daxil olmayıb
"Artıq 10 həftədən çoxdur ki, Qəzzaya yemək, dərman, su və ya çadır daxil olmayıb".
Operativ Media xəbər verir ki, bu sözləri BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletcher deyib.
"İsrail qəsdən və həyasızcasına işğal etdiyi Fələstin torpaqlarında dinc əhaliyə qarşı qeyri-insani şərtlər qoyur. 10 həftədən artıqdır ki, ərzaq, dərman və ya çadır, heç nə oraya daxil olmayıb. Yüz minlərlə fələstinli yenidən məcburi köçkünə çevrildi, getdikcə daha kiçik ərazilərə məhkum edildi, çünki Qəzzanın 70 faizi ya İsrailin hərbiləşdirilmiş ərazilərindədir, ya da köçkünlük əmri altındadır”-deyə, müavin qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net