Paris əlcəzairli diplomatları geri göndərəcək

Əsəd Abbaslı
Paris əlcəzairli diplomatları geri göndərəcək

Fransa və Əlcəzair arasında gərginlik səngimir. Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.

Operativ Media xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin bu addımı atacağını bəyan edib.

Nazir qeyd edib ki, Fransa Əlcəzairin bu əsassız və qəbuledilməz qərarını qətiyyətlə pisləyir və bununla bağlı Əlcəzairin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Qeyd edək ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması fonunda pisləşdi.

Buna cavab olaraq Əlcəzair Parisdəki səfirini geri çağırdı və Prezident Tebbun ilkin olaraq 2024-cü ilin sentyabrına planlaşdırılan Fransaya səfərini ləğv etdi.

Həmin ilin noyabrında Əlcəzair-Fransız yazıçısı Boualem Sansalın həbsi vəziyyəti daha da çətinləşdirdi.

Digər xəbərlər