Menyu

Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb

Əsəd Abbaslı
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb

Belçikada keçirilən beynəlxalq araşdırma çərçivəsində NATO-nun döyüş sursatları və pilotsuz uçan aparatların alınması ilə əlaqədar korrupsiya və pul yuyulması ilə məşğul olan iki şübhəli şəxs saxlanılıb.

Operativ Media xəbər verir ki, Belçika Federal Prokurorluğu bu barədə açıqlama verib.

Məlumata görə, Belçika polisi korrupsiya, pul yuyulması və NATO-nun hərbi müqavilələrini bölüşdürən cinayətkar şəbəkənin yaradılması ilə bağlı iki şəxsi saxlayıb və dindirib.

Saxlanılanlardan biri dindirildikdən sonra sərbəst buraxılıb, digərinin isə həbsdə olduğu bildirilib.

Bildirilir ki, bu saxlanılmalar Eurojust-un dəstəyi ilə aparılan beynəlxalq araşdırmanın bir hissəsidir. Araşdırma Belçika, Lüksemburq, Niderland və İspaniyada həyata keçirilib.

Şübhəlilər, NATO-nun Təchizat və Təminat Agentliyi (NSPA) tərəfindən həyata keçirilən hərbi tenderlərə dair məxfi məlumatları müttəfiq ölkələrin hərbi podratçılarına ötürüblər.  

Belçika prokurorluğu, məsələyə bir neçə NSPA əməkdaşının da qarışmış ola biləcəyini və NATO-nun strukturlarının istintaqla tam əməkdaşlıq etdiyini vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər