"İstanbulda Ukrayna ilə bağlı danışıqlara şans verilməlidir, lakin hər şeyin rəvan gedəcəyinə zəmanət yoxdur".
Operativ Media xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Biz danışıqlara şans verməliyik, lakin heç kim təminat verə bilməz ki, hər şey rahat, problemsiz gedəcək. Əksinə, üç il əvvəl İstanbulda olduğu kimi, mütləq problemlər olacaq"-deyə, nazir bildirib.






