Hakan Fidan: Ədalətli və davamlı sülhə ancaq danışıqlarla nail olmaq olar
Nərmin Qocamanlı
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalyada NATO Xarici İşlər nazirlərinin qeyri-rəsmi Toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Antalyada gündəmimizdə qlobal və regional məsələlər də var idi. Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün səylər güclənib. Bizim hər iki ölkə ilə güclü ikitərəfli əlaqələrimiz var. Türkiyə olaraq Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.
Biz müharibənin başlanğıcından bəri ədalətli və davamlı sülhün yalnız danışıqlar yolu ilə əldə oluna biləcəyini müdafiə edirik. Biz 2022-ci ildə olduğu kimi birbaşa danışıqlara ev sahibliyi etməyə hazır olduğumuzu bildirdik" - deyə, nazir qeyd edib.
Teqlər:
"Hakan Fidan: \u018fdal\u0259tli v\u0259 davaml\u0131 s\u00fclh\u0259 ancaq dan\u0131\u015f\u0131qlarla nail olmaq olar"