PKK terror təşkilatının ləğv və tərksilah edilməsi prosesi Milli Kəşfiyyat Təşkilatı və digər aidiyyəti qurumlar tərəfindən diqqətlə izləniləcək.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə öz sərhədləri daxilində, İraq və Suriyada terrorun mövcudluğuna dözməyəcək.
“Terrorun istifadə müddəti bitib. Bölgədə xarici aktorlara belə bağlamaq dönəmi bitib. Dünya dəyişir, kemiş dünya nizamı çatlayır. Yeni bir dünya düzəni qurulur”, - Prezident Ərdoğan əlavə edib.






