Zelenski: Rusiya tərəfindən qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur
Əsəd Abbaslı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmadığını bildirib.
Operativ Media xəbər verir ki, bunu, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.
Zelesnki qeyd edib ki, məhz Rusiya birbaşa danışıqların təşəbbüskarı olub və bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp tərəfindən də dəstəklənib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma