Türkiyə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünü təşkil etməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan hazırkı mərhələdə müharibənin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.
Türkiyə Prezidenti danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini, həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb.
O, həmçinin, iki ölkənin prezidentinin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.






