Medinski: Danışıqlar yarımçıq qalmış sülh prosesinin davamıdır

Əsəd Abbaslı
Medinski: Danışıqlar yarımçıq qalmış sülh prosesinin davamıdır

Rusiya nümayəndə heyəti İstanbul danışıqlarını 2022-ci ildə yarımçıq qalmış sülh prosesinin davamı kimi qiymətləndirir.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski mətbuat konfrasında bildirib.

"Ukrayna ilə aparılan birbaşa təmasların əsas məqsədi, yalnız atəşkəsə nail olmaq deyil eyni zamanda münaqişənin əsas səbəblərini aradan qaldıraraq davamlı və uzunmüddətli sülhün qurulmasıdır",- o qeyd edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevral ayının 22-də başlayıb.

Bir müddət sonra hərbi əməliyyatların dayandırılması və sülh sazişinin imzalanması üçün tərəflər arasında bir neçə dəfə danışıqlar aparılıb.

Digər xəbərlər