Latviya XİN: Türkiyə danışıqlarda mühüm rol oynayır

Əsəd Abbaslı
Latviya XİN: Türkiyə danışıqlarda mühüm rol oynayır

Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk.

Operativ Media xəbər verir ki, bu fikirləri Latviyanın xarici işlər naziri Bayba Braje “CNN Türk”ə verdiyi müsahibədə səsləndirib.

Nazir NATO xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdədir.

Bayba Braje bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə konstruktiv mövqe nümayiş etdirir.

Onun sözlərinə görə, Ankara əsirlərin mübadiləsi və danışıqlar prosesində də mühüm rol oynayır.

Nazir qeyd edib ki, Ankara NATO-nun əvəzolunmaz tərəfdaşıdır: “Xəritədən də görünür ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olsaq da, Türkiyə bizim üçün çox önəmlidir. Türkiyə böyük gücdür”.  

Diplomat, həmçinin müdafiə sənayesi sahəsində Türkiyə ilə əməkdaşlığın inkişafından məmnunluqla danışıb və bu sahədə qarşılıqlı əlaqələrin gələcəkdə daha da güclənəcəyinə ümid etdiyini vurğulayıb.

Digər xəbərlər