Pakistan və Hindistan hərbçiləri atəşkəs rejiminin mayın 18-dək uzadılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar məlumat verib.
Nazir bildirib ki, qarşı tərəflə bu gün keçirilən telefon danışığında razılaşma əldə olunub:
“Bu gün söhbətimiz oldu və atəşkəs mayın 18-dək qüvvədə olacaq”, – deyə İshaq Dar vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl, mayın 10-da ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan arasında atəşkəslə bağlı razılığın əldə olunduğunu bəyan etmişdi.






