İsrail HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini məhv edib

Əsəd Abbaslı
İsrail HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini məhv edib

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən biri Caser Hüseyn Əli Şamiyəni öldürüb.

Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib.

İsrail hərbçilərinin sözlərinə görə, o, "Həmasın hərbi qanadı üçün vəsaitin toplamasına rəhbərlik edib və eləcə də HƏMAS-ın Qəzza briqadasında bölük komandiri olub".

Digər xəbərlər