Menyu

Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər

Əsəd Abbaslı
Rubio və Netanyahu Suriya məsələsini müzakirə ediblər
1 dəq oxu

ABŞ Dövlət katibi Marko Rubio ilə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, dövlət katibi ABŞ-ın İsraillə tarixi münasibətlərinə sadiqliyini və İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini vurğulayıb.

Dövlət katibi və baş nazir prezident Trampın Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əl-Şara ilə görüşü fonunda Suriya məsələsini müzakirə ediblər.

Tərəflər həmçinin, İranın nüvə məsələsi barədə danışıblar.

Əlaqəli Xəbərlər