BMT: 2024-cü ildə silahlı münaqişə zonalarında 56 min insan itkin düşüb

Əziz Əzizli
BMT: 2024-cü ildə silahlı münaqişə zonalarında 56 min insan itkin düşüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və Yaxın Şərq, Asiya və Sakit okean üzrə məsul şəxs Xalid Kiyari 2024-cü il ərzində silahlı münaqişələrin baş verdiyi bölgələrdə 56 min nəfərin itkin düşdüyünün müəyyən edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, Kiyari BMT Təhlükəsizlik Şurasında “Silahlı Münaqişələrdə Mülki Əhalinin Qorunması” mövzusunda keçirilən iclasda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hesabatında yer alan məlumatları bölüşüb.

Kiyari bildirib ki, 2019-cu ildə Təhlükəsizlik Şurasının 2474 saylı qətnaməsinin qəbul edilməsindən bəri silahlı münaqişə bölgələrində itkin düşənlər də daxil olmaqla, münaqişədən zərər çəkən insanların sayı artmaqda davam edir və BQXK hesabatlarına əsasən, təkcə 2024-cü il ərzində 56 min yeni itkin halı qeydə alınıb.

“Çatışmalarda itkin düşən şəxslərlə bağlı əhatəli bir statistika yoxdur,” – deyə Kiyari bildirib, lakin vəziyyətin “kifayət qədər ağır olduğu”nun məlum olduğunu vurğulayıb.

Digər xəbərlər