ABŞ Türkiyəyə 304 milyon dollar dəyərində raket və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu satışa AIM-9X Sidewinder Block II raketləri və AIM-120C-8 qabaqcıl orta mənzilli hava raketləri daxildir.
Türkiyə isə ABŞ-yə 79 milyon dollara 60 ədəd AIM-9X Sidewinder Block II raketi və onlar üçün 11 taktiki bələdçi avadanlığı almağa icazə verib. Bu raketlər qısa mənzilli hava-hava raketləridir və döyüş təyyarələri tərəfindən digər döyüş təyyarələrini vurmaq üçün istifadə olunur. Hədəflərini istiliyi ilə müəyyən edən və avtomatik nişan alan bu 85 kiloqramlıq raketlərin ön hissəsində partlayıcı döyüş başlığı var. İlk versiyası 1950-ci illərdə istehsala buraxılan və o vaxtdan bəri davamlı olaraq inkişaf etdirilən bu raket NATO müttəfiqləri arasında ən çox istifadə edilən sistemlərdən biridir.






