ABŞ Prezidenti Donald Tramp mayın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı 200 milyard dollar dəyərində sövdələşmənin imzalandığını açıqlayıb.
Operativ Media xəbər verir verir ki, bu barədə Reuters məlumat yayıb.
Tramp, BƏƏ aviaşirkətinin 28 Boeing təyyarəsinə 14,5 milyard dollar sərmayə qoyması öhdəliyini ehtiva edən sövdələşmənidə açıqlamasında xüsusi qeyd edib.
Həmçinin iki ölkə “ABŞ-BƏƏ Süni İntellekt Tərəfdaşlığı” proqramının hazırlanması barədə razılığa gəliblər.
Bu razılaşmalar Körfəz ölkəsinə ABŞ-nin qabaqcıl süni intellekt çiplərinə geniş çıxış imkanı verəcək.






