Çin 4-cü səviyyəli sürücüsüz taksilər buraxacaq

admin
Çin 4-cü səviyyəli sürücüsüz taksilər buraxacaq

Hazırda Çin bazarında təklif olunan minik avtomobillərinin əksəriyyəti sürücünün uzun müddət idarəetmə prosesindən yayınmasının qarşısını alan ikinci dərəcəli avtopilotla təchiz edilib. GAC Aion və Didi tərəfindən yaradılan birgə müəssisə bu ilin sonunadək dördüncü səviyyəli avtonomiyaya malik sürücüsüz taksilərin istehsalına başlamağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə Car News China məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu avtomobillər insan tərəfindən istifadə edilə bilən ənənəvi idarəetmə vasitələrinin davamıdır lakin əksər hallarda avtomatlaşdırmanın sürücünün müdaxiləsi olmadan işləmə qabiliyyətini nəzərdə tutur.

“GAC Aion” aparat bazası və kütləvi istehsal üçün məsuliyyət daşıyır, “DiDi” isə proqram təminatının hazırlanması və bəzi idarəetmə elektronikası ilə məşğul olacaq. Sonuncu şirkət, həmçinin sürücüsüz taksilər parkını idarə etməyə imkan verəcək informasiya infrastrukturunun saxlanmasına cavabdeh olacaq. “DiDi” şirkətinin hazırkı aparat platforması müxtəlif diapazonlu kameralar və radarlar, həmçinin mikrofonlar daxil olmaqla cəmi 33 sensorun istifadəsini nəzərdə tutur. Bu kombinasiya istənilən hava şəraitində avtomobilin ətrafındakı vəziyyəti yüzlərlə metr məsafədə izləməyə imkan verir. “DiDi” sözügedən taksiləri öz əməliyyat sistemi ilə təchiz edəcək.

Digər xəbərlər