ABŞ dövlət katibi Marko Rubio Rusiya-Ukrayna sülh danışıqlarında iştirak etmək üçün İstanbula gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İstanbul hava limanında Rubio və onun nümayəndə heyəti səhər saat 9.30-da (GMT 06:30) İstanbulun baş konsulu Julie A. Eadeh və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.
Müxtəlif formatlarda bir sıra görüşlər, o cümlədən ABŞ, Ukrayna və Türkiyə ilə Rusiya, Ukrayna və Türkiyə arasında üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.






