“Gürcüstana ədalətsiz münasibət Avropa institutlarının imicinə xələl gətirir”.
Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin Tiranada keçirilən VI sammitində “Avropa təhlükəsizliyi və davamlılığın gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxışında deyib.
Onun sözlərinə görə, Avropa dövlətlərinin əksər hissəsi identikliyin itirilməsi təhlükəsi ilə üzləşir, eyni zamanda Avropa güclü oyunçu olmaq və tərəfdaşlarını müdafiə etmək gücünü itirir.
İ.Kobaxidze Avropada əsaslı dəyişikliklərin baş verəcəyinə, beynəlxalq nizamın təmini üçün zəruri olan Avropanın güclənəcəyinə ümid etdiyini bildirib.






