Menyu

Hindistan Türkiyə şirkətinə qarşı sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
Hindistan Türkiyə şirkətinə qarşı sanksiyalar tətbiq edib

Hindistanın Mülki Aviasiya Nazirliyi Türkiyənin “Celebi Ground” şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

Bildirilib ki, türk şirkətinin ölkə hava limanlarında fəaliyyəti mayın 15-dən etibarən ləğv edilib.

Qeyd edək ki, “Celebi Ground” təyyarələrin yüklənməsi və boşaldılması, daxili və xarici təmizlik xidmətləri göstərir.

Türk şirkəti 2009-cu ildən Hindistanda fəaliyyət göstərir və 250 milyon dollara yaxın sərmayə qoyub.

Teqlər:

"Hindistan T\u00fcrkiy\u0259 \u015firk\u0259tin\u0259 qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər