İsrail ordusu Livanın cənubuna yeni hücum həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbənin məqsədi Livanın cənubundakı Şaqif bölgəsində "Hizbullah" şiə təşkilatının silahlı qanadına aid səhra komandirini məhv etmək olub. Hərbçilərin sözlərinə görə, məhv edilən şəxs "Hizbullah"ın bölgədəki terror infrastrukturunun bərpasında iştirak edib.
İsrail ordusu əlavə edib ki, “Terror infrastrukturunun bərpası və bununla bağlı fəaliyyətlər İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır".






