İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ölkəsinin Qəzza zolağı və Livanın yenidən qurulması üçün hər birinə 20 milyon dollar maliyyə vəsaiti ayıracağını bəyan edib.
Operativ Media xəbər verir ki, bunu o, Bağdadda keçirilən Ərəb Dövlətləri Liqasının sammitinin açılış mərasimində çıxışı zamanı danışıb.
“İraq ərəb həmrəyliyini və birgə fəaliyyəti təşviq etmək məqsədilə 18 təşəbbüs irəli sürür. Bu çərçivədə Qəzzanın bərpasına 20 milyon dollar, Livanın bərpasına isə əlavə 20 milyon dollar maliyyə yardımı ayrılacaq”, – deyə əl-Sudani vurğulayıb.






