Papa XIV Leonun taxta çıxma mərasimi keçirilir

Əsəd Abbaslı
Papa XIV Leonun taxta çıxma mərasimi keçirilir

Bu gün Roma Katolik Kilsəsinin yeni rəhbəri seçilən Papa XIV Leo üçün Müqəddəs Pyotr Meydanında taxta çıxma mərasimi keçirilir.

Operativ Media xəbər verir ki, mərasimdə 250 minə yaxın zəvvarla yanaşı, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Ukrayna prezidenti Volodimir Zelenski, Kanada baş naziri Mark Karni və Britaniya krallıq ailəsinin üzvü şahzadə Edvard da iştirak edirlər.

Təntənəli mərasim zamanı Papa ənənəvi olaraq papalığın rəmzləri olan “pallium” və “balıqçı üzüyü”nü qəbul edəcək.

Papa XIV Leonun çıxışı zamanı barışıq, ədalət və insan ləyaqətinin qorunması kimi əsas mövzulara toxunacağı gözlənilir.

69 yaşlı Robert Frensis Prevost (Papa XIV Leo), Roma Papası seçilmiş ilk amerikalı və ikinci latın amerikalı din xadimi kimi tarixə düşüb.

Digər xəbərlər