Suriya silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib
Əsəd Abbaslı
Suriya hakimiyyəti silahlı qrupların milli müdafiə sisteminə inteqrasiyasını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Suriya hökumətinin müdafiə məsələləri üzrə rəisi Murhaf Əbu Qəsrə bildirib.
O, açıqlamasında bu addımın Suriyanın müxtəlif silahlı qruplaşmalarını mərkəzləşdirilmiş komandanlıq altında birləşdirmək üçün aylarla davam edən koordinasiyalı səylərdən sonra atıldığını deyib.
“Suriya azad edildikdən sonra biz dərhal bütün hərbi hissələrin vahid institusional struktura inteqrasiyası üzrə işlərə başladıq. Bu gün biz fəxrlə bildiririk ki, artıq bütün bölmələr Müdafiə Nazirliyinə birləşdirilib”, - deyə o qeyd edib.
Teqlər:
"Suriya silahl\u0131 qruplar\u0131n vahid komandanl\u0131q alt\u0131nda birl\u0259\u015fdiyini elan edib"