Husilər İsrailə iki ballistik raket atıblar

Əziz Əzizli
Husilər İsrailə iki ballistik raket atıblar

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Təl-Əvivdəki Ben Qurion hava limanına raket zərbələri endiriblər.

Operativ Media xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə "Al Masirah" telekanalının efirində açıqlama verib.

Onun sözlərinə görə, hücum zamanı iki ballistik raketdən istifadə olunub:

"Əməliyyat öz məqsədinə çatıb və milyonlarla insanı bomba sığınacaqlarında gizlənməyə məcbur edib. Aeroportda hava əlaqəsi bir saat müddətinə dayandırılıb".

Y.Səriə iddia edib ki, zərbələrdən biri "Fələstin-2" hipersəsli ballistik raketi ilə endirilib.

Digər xəbərlər