Uitkoff: İranın uranı zənginləşdirməsinə imkan verə bilmərik

Əsəd Abbaslı
Uitkoff: İranın uranı zənginləşdirməsinə imkan verə bilmərik

İran uranın zənginləşdirilməsini davam etdirməməlidir, çünki bu, nüvə silahının yaradılmasına gətirib çıxara bilər.

Operativ Media xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, bu, Vaşinqtonun prinsipial mövqeyidir.

"Bizim çox aydın qırmızı xəttimiz var, bu zənginləşdirmə ilə bağlıdır", - o, “ABC News” telekanalına müsahibəsində deyib.

"Biz İranın hətta 1% zənginləşdirmə gücünə sahib olmasına imkan verə bilmərik. Hər şey bizim prinsipial mövqeyimizdən, yəni zənginləşdirmə imkanını özündə ehtiva etməyən sazişdən başlayır. Biz buna yol verə bilmərik, çünki zənginləşdirmə nüvə silahı yaratmağa imkan verir", - Uitkoff söyləyib.

Digər xəbərlər