19 May 2025, 09:27
"Atletiko"nun hücumçusu Korrea klubu ilə vidalaşıb

"Atletiko Madrid"in hücumçusu Anxel Korrea 2024/25 mövsümünün sonunda klubdan ayrılacaq.
Operativ Media xəbər verir ki, bu haqda futbolçunun özü açıqlama verib.
"Bu gün çox sevdiyim klub olan "Atletiko"nun forması ilə son ev matçımı keçirdim. Bu, sadəcə bir gün deyil, bütün emosiyaların və minnətdarlıqların yığılması idi. Kluba, komanda yoldaşlarıma və gözəl azarkeşlərə təşəkkür edirəm. Hər bir alqışımı ürəyimdə saxlayıram və "Atletiko"da yaşadıqlarım üçün həmişə minnətdar olacağam", - deyə o qeyd edib.
Daha əvvəl 30 yaşlı argentinalının Tiqresə keçəcəyi bildirilirdi. Onun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Korrea Madrid klubunda 465 oyun keçirib, 88 qol vurub və 65 məhsuldar ötürmə edib.