19 May 2025, 09:47
Mahir Emreli: “Son günədək diqqətimi ‘Nürnberq’ə yönəltdim”
Mahir Emreli: “Son günədək diqqətimi ‘Nürnberq’ə yönəltdim” şəkil
Mahir Emreli: “Son günədək diqqətimi ‘Nürnberq’ə yönəltdim”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda keçirdiyi son oyunun ardından fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, "Bild" nəşri 27 yaşlı hücumçunun dediklərini belə çatdırıb: 

"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. Əlbəttə, indi başa çatması üzücüdür. Bu şəkildə vidalaşa bildiyim üçün şadam.

Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə dəqiqləşməyib. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".

Qeyd edək ki, Mahir ikinci Bundesliqanın 34-cü turunda "Ayntaxt Braunşveyq"lə matçda het-trik edib. 

Mövsümün əvvəlində "Nürnberq"ə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb və klub onunla vidalaşıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Mahirlə bir Bundesliqa klubunun, həmçinin, "Kayzerslautern"in maraqlandığı bildirilir

Son xəbərlər
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub
Bakı metrosu bu il 111 milyondan çox sərnişin daşıyıb
Havanın sərin keçməsi kənd təsərrüfatına necə təsir edir?
"Ayaks" Henderson ilə yollarını ayırdı