"Neftçi" bu mövsüm ilk böyükhesablı qələbəsini qazanıb
Əziz Əzizli
“Neftçi” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Operativ Media xəbər verir ki, Samir Abasovun yetirmələri 35-ci turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.
“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün 35-ci turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.
Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/10 və 2015/16 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.
Teqlər:
"\"Neft\u00e7i\" bu m\u00f6vs\u00fcm ilk b\u00f6y\u00fckhesabl\u0131 q\u0259l\u0259b\u0259sini qazan\u0131b"