Azərbaycan velosipedçisi beynəlxalq turnirdə bürünc medal qazandı
Əziz Əzizli
Trek velosipedi üzrə Azərbaycan yığma komandasının üzvü Viktoriya Sidorenko Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq “Silk Way Series Astana” beynəlxalq turnirində uğurla çıxış edib.
Operativ Media xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2-ci kateqoriyalı yarışında idmançımız 200 metr məsafəyə sprint yarışında bürünc medal qazanıb.
Bu nəticə ilə idmançımız aktivinə 80 reytinq xalı da əlavə edib.
Teqlər:
"Az\u0259rbaycan velosiped\u00e7isi beyn\u0259lxalq turnird\u0259 b\u00fcr\u00fcnc medal qazand\u0131"