Menyu

Yuliya Kərimova: “Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”

Əziz Əzizli
Yuliya Kərimova: “Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Qızıl Liqasına hazırlığını davam etdirir.

Operativ Media xəbər verir ki, Azərbaycan milli komandasının liberosu Yuliya Kərimova hazırlıq prosesi ilə bağlı federasiyasının mətbuat xidmətinə danışıb.

Təcrübəli voleybolçunun sözlərinə görə, hazırlıqlara Bakıda start verilib:

“Avropa Qızıl Liqasına hazırlıqlara Bakıda başladıq, daha sonra Sloveniyaya yollandıq. Orada Sloveniya milli komandası ilə birgə təlim-məşq toplanışı keçirdik, ABŞ klubuna qarşı yoxlama oyunu oynadıq. Komandamızda əhval-ruhiyyə yüksəkdir”.

Hazırda milli komanda Yunanıstanda təlim-məşq toplanışını davam etdirir. Kərimova burada keçiriləcək yoxlama oyunlarının önəminə də toxunub:

“Bu oyunlar həm taktiki hazırlığımızın möhkəmlənməsi, həm də komandamızın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, qadınlardan ibarət milli komandamız Avropa Qızıl Liqasındakı mübarizəsinə mayın 30-da Bakıda start verəcək. Yuliya Kərimova turnirdə uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

“Komandamızın uğur qazanacağına böyük inamım var. Hədəfimiz bayrağımızı qürurla dalğalandırmaqdır”.

Teqlər:

"Yuliya K\u0259rimova: \u201cH\u0259d\u0259fimiz bayra\u011f\u0131m\u0131z\u0131 q\u00fcrurla dal\u011faland\u0131rmaqd\u0131r\u201d"

Əlaqəli Xəbərlər