19 May 2025, 12:46
"Lion"un forvardı Lakazetin klubdakı son matçında evi qarət edilib
"Lion"un forvardı Lakazetin klubdakı son matçında evi qarət edilib şəkil
"Lion"un forvardı Lakazetin klubdakı son matçında evi qarət edilib

"Lion"un hücumçusu Aleksandr Lakazetin evi qarət edilib.

Operativ Media xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, insident şənbə günü komandanın Liqa 1-in 34-cü turu çərçivəsində “Anje” ilə ev oyununda (2:0) baş verib. Naməlum şəxslər futbolçunun evinə daxil olaraq, seyfi sındıraraq oradan pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını oğurlayıblar. Qeyd olunur ki, dəyən ziyan on minlərlə avro təşkil edib. Yerli polis artıq araşdırmaya başlayıb.

Lakazet "Anje" ilə oyunda iki qol vurub. Bu qarşılaşma 33 yaşlı futbolçunun "Lion" üçün sonuncu matçı olub. Hücumçu mövsümün sonunda komandanı tərk edəcək.

"Lion" 2024/25 Fransa çempionatını turnir cədvəlində altıncı yerdə başa vurub.

Son xəbərlər
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib
Azərbaycanda ötən 6 ayda 17 049 cinayət qeydə alınıb
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub