AK sədri: Bu həftə Ukraynada müharibəyə son qoymaq üçün həlledici olacaq

admin
AK sədri: Bu həftə Ukraynada müharibəyə son qoymaq üçün həlledici olacaq

"Bu həftə Ukraynada müharibəyə son qoymaq üçün həlledici olacaq".

Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Leyen qeyd edib: "Bizi birləşdirən odur ki, biz Ukrayna üçün ədalətli və davamlı sülh istəyirik. Biz bilirik ki, ABŞ müharibəni bitirmək üçün nə qədər qərarlıdır və mən buna görə onlara  təşəkkür edirəm. İndi bizim irəliləyişimiz vacibdir və düşünürəm ki, bu həftə bu baxımdan həlledici olacaq.
Avropaya üzv dövlətlər bilirlər ki, müdafiə sahəsinə investisiyaları artırmaq lazımdır. Məhz buna görə də Komissiya olaraq biz növbəti dörd il ərzində müdafiə investisiyaları üçün 800 milyard avroya qədər vəsaitin istifadəsinə icazə vermişik. "Bu, şübhəsiz ki, Avropa İttifaqını gücləndirəcək, güclü Avropa həmişə güclü NATO deməkdir "

Digər xəbərlər