Menyu

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

Əziz Əzizli
Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirəsinə keçirilən turnirə yekun vurulub.

Operativ Media xəbər verir ki, 55-ci dəfə təşkil edilən Memorialın son günündə 61, 70, 79, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə, milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.

Teqlər:

"Az\u0259rbaycan\u0131n daha bir g\u00fcl\u0259\u015f\u00e7isi Rusiyada medal qazand\u0131"

Əlaqəli Xəbərlər