Pakistanın xarici işlər naziri Çinə səfər edəcək

admin
Pakistanın xarici işlər naziri Çinə səfər edəcək

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar mayın 19-21-də Çinə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Çinin xarici işlər nazirliyinin sözçüsü Mao Ning verdiyi açıqlamada bildirib.

Darın səfərinin Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə baş tutacağı bildirib.

Hindistan və Pakistan arasındakı gərginliyə toxunan sözçü Mao qeyd edib: "Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə təkrarlayıb.Hindistan və Pakistan hərtərəfli və daimi atəşkəsə nail olmaqda, regional sülh və sabitliyin qorunmasında təmasları davam etdirməkdə və konstruktiv rol oynamaqda marağlıdır".

 

Digər xəbərlər