19 May 2025, 17:42
"Qarabağ" axtardığı hücumçunu Polşada tapıb

“Qarabağ” Futbol Klubu yeni mərkəz hücumçusu axtarışlarını davam etdirir.
Operativ Media xəbər verir ki, Polşanın Rabona.media portalının məlumatına görə, Ağdam təmsilçisi Varşava “Legiya”sının ispaniyalı hücumçusu Mark Quala maraq göstərir. Azərbaycan çempionunun “Ekstraklasa” klubuyla müqaviləsi gələn ilin yayında başa çatacaq 29 yaşlı futbolçu üçün rəsmi təklif hazırladığı bildirilir. Məlumata görə , Qual “Qarabağ”ın oyun fəlsəfəsinə tam uyğun gəlir.
“Legiya” isə öz növbəsində ispaniyalı oyunçunu 500 min avroya satmağa hazırdır.