19 May 2025, 18:11
Azərbaycan gimnastları Avropa Kubokunu 5 medalla başa vurdular
Azərbaycan gimnastları Avropa Kubokunu 5 medalla başa vurdular şəkil
Azərbaycan gimnastları Avropa Kubokunu 5 medalla başa vurdular

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa Kuboku keçirilib.

Operativ Media xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top, 2 halqa ilə proqramda 25.150 xal toplayaraq gümüş medala layiq görülüb.

Gənclərdən ibarət qrup hərəkətləri komandası həm çoxnövçülük üzrə 44.000 xalla, həm də 5 halqa ilə proqramda 23.650 xalla iki bürünc medal qazanıb.

Fərdi proqramda çıxış edən Fidan Qurbanlı gürzlərlə proqram üzrə 25.866 xal toplayaraq gümüş medal əldə edib.

Digər fərdi gimnastımız Şəms Ağahüseynova isə lentlə çıxışında 25.299 xalla gümüş medalın sahibi olub.

Son xəbərlər
"Karvan" qapıçısı ilə müqaviləni yenilədi
Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan danışıqlarında müddətinə görə tarixə düşüb
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
10 İyul 2025, 14:29
Bakı metrosunda I yarımildə daşınan sərnişin sayı açıqlanıb
Əbu-Dabidə Azərbaycan-Ermənistan danışıqları - YENİLƏNİR
Azərbaycan və Ermənistan liderləri arasında görüşün ilkin nəticələri açıqlanıb
Aİ Azərbaycan-Ermənistan danışıqlarını alıqışlayır
Murad Musayev: "Sabah" sonuncu pillədə gedirdi, növbəti mövsüm isə gözəl futbolla gümüş qazandıq"