Putin: Rusiya atəşkəs də daxil olmaqla Ukrayna ilə memorandum üzərində işləməyə hazırdır
Əsəd Abbaslı
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla baş tutan telefon danışığından sonra jurnalistlərə açıqlama verib.
Operativ Media xəbər verir ki, telefon danışığı təxminən 2 saat davam edib.
Görüş zamanı, Tramp atəşkəslə bağlı öz mövqeyini təqdim edib.
Rusiya Prezidenti qeyd edib ki, Moskva hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır, lakin sülhə nail olmaq üçün daha təsirli və real yolların müəyyənləşdirilməsinə ehtiyac var.
Putin həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla, danışıqların əsasını təşkil edə biləcək birgə memorandum üzərində işləməyə hazırdır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma