19 May 2025, 21:21
Premyer Liqanın məşqçiləri “Neftçi Veteranları”na qalib gəldi
Premyer Liqanın məşqçiləri “Neftçi Veteranları”na qalib gəldi şəkil
Premyer Liqanın məşqçiləri “Neftçi Veteranları”na qalib gəldi

Bu gün Milli Gimnastika Arenasında mini-futbol üzrə “Əfsanələr Kuboku” adlı yoldaşlıq görüşü keçirilib.

Operativ Media xəbər verir ki, “Neftçi 2000” komandası Premyer Liqanın “Məşqçilər” komandası ilə qarşılaşıb. Əsas vaxtı 1-1 hesabı ilə başa çatan görüşdə "Məşqçilər" penaltilər seriyasında qalib gəlib.

Matçda qolları Əfran İsmayılov (məşqçilər) və Rəşad Sadiqov (Neftçi) vurub. Penaltilər seriyasında isə qələbə qolunu Rəşad Sadıqov (məşqçilər) vurub.

“Neftçi 2000"in məşqçisi Ağasəlim Mircavadov, “Məşqçiləri”n isə Kurban Berdıyev olub.

Saat 20:00-da başlayan oyun Bakıda keçiriləcək mini-futbol üzrə dünya çempionatına həsr olunub.

Son xəbərlər
Vətəndaşlar daha 4 məlumatı "Mygov"dan əldə edə bilərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
İran və Rusiya XİN rəhbərləri Çində danışıqlar aparacaq