20 May 2025, 05:50
"Mançester Yunayted" Delapla danışıqlar aparır
"Mançester Yunayted" Delapla danışıqlar aparır şəkil
"Mançester Yunayted" Delapla danışıqlar aparır

"İpsviç"in hücumçusu Liam Delap "Mançester Yunayted"ə keçməyə yaxındır .

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, mankunianlıların rəhbərliyi 22 yaşlı ingilislə danışıqlar aparıb. "İpsviç" hücumçuya müqaviləni müzakirə etmək üçün Mançesterə getməyə icazə verib. Delapın "İpsviç"lə müqaviləsinə, klub Çempionşipə düşərsə, 35 milyon avro sərbəst qalma maddəsi daxildir.

Delap bu mövsüm 39 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb