Menyu

Laporta: "Yamal artıq "Barselona"nın yeni müqavilə təklifini qəbul edib"

Əziz Əzizli
Laporta: "Yamal artıq "Barselona"nın yeni müqavilə təklifini qəbul edib"

"Barselona"nın prezidenti Joan Laporta hücumçu Lamine Yamalla müqavilənin uzadılması üçün aparılan danışıqlardan danışıb.

Operativ Media xəbər verir ki, o, bu haqda TV3-ə müsahibəsində deyib.

"Lamin artıq bizim müqavilə təklifimizi qəbul edib. Sadəcə, onun 18 yaşı tamam olan kimi onu imzalaması lazımdır".

2024/25 mövsümündə Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. 17 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Teqlər:

"Laporta: \"Yamal art\u0131q \"Barselona\"n\u0131n yeni m\u00fcqavil\u0259 t\u0259klifini q\u0259bul edib\""

Əlaqəli Xəbərlər