Menyu

Yaponiya-ABŞ ticarət danışıqlarının üçüncü raundu mayın 23-də baş tuta bilər

Əziz Əzizli
Yaponiya-ABŞ ticarət danışıqlarının üçüncü raundu mayın 23-də baş tuta bilər

Yaponiya və ABŞ mayın 23-də tarif danışıqlarının üçüncü raundunu keçirə bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.

İqtisadiyyat naziri Ryosei Akazavanın ABŞ-ylə tariflər və ticarət siyasəti üzrə danışıqlarda Yaponiyanı təmsil edərək Vaşinqtona səfər etməsi gözlənilir.

Yaponiya KİV-lərinin məlumatına görə, Yaponiya tərəfi daha əvvəl ABŞ-dən qarğıdalı və soya idxalının artırılması, gəmiqayırma sahəsində texniki əməkdaşlıq və idxal olunan Amerika avtomobillərinin yoxlanılması meyarlarına yenidən baxılmasını əhatə edən təkliflər paketini nəzərdən keçirib. Bunun müqabilində Yaponiya ABŞ-nin ixracyönümlü iqtisadiyyatının əsasını təşkil edən avtomobil və ehtiyat hissələrinə, eləcə də polad və alüminiuma tətbiq etdiyi tariflərin ləğv edilməsini istəyir.

Teqlər:

"Yaponiya-AB\u015e ticar\u0259t dan\u0131\u015f\u0131qlar\u0131n\u0131n \u00fc\u00e7\u00fcnc\u00fc raundu may\u0131n 23-d\u0259 ba\u015f tuta bil\u0259r"

Əlaqəli Xəbərlər