"Ayaks" sabiq baş məşqçisini gətirməyi planlaşdırır
Əziz Əzizli
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Erik ten Haq "Ayaks"ı çalışdıra bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Voetbal International" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 55 yaşlı mütəxəssis bu postun favoritlərindəndir. Həmçinin , "Go Ahead Eagles"dən Paul Simonis də bu posta düşünülür.
Mayın 19-da “Ayaks” ötən yaydan komandanı çalışdıran Françesko Farioli ilə yollarını ayırdığını açıqlayıb. Onun rəhbərliyi altında komanda 9 xallıq fərqi əldən verib və 2024/25 mövsümündə Hollandiya çempionatında ikinci yeri tutub.
Ten Haq artıq 2017-2022-ci illərdə "Ayaks"ı çalışdırıb. Onunla klub üç dəfə Hollandiya çempionluğunu, iki dəfə Hollandiya kubokunu və bir dəfə Superkubokunu qazanıb. “Ayaks” 2018/19 mövsümündə də Çempionlar Liqasının yarımfinalına yüksəlib.