Avstraliya Ukraynaya tanklar göndərib

admin
Avstraliya Ukraynaya tanklar göndərib

Avstraliya Ukraynaya istismardan çıxarılan Abrams tanklarını göndərdiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb .

Məlumatda qeyd olunub ki, Avstraliyanın Baş naziri Entoni Albanese mayın 18-də Romada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb və ölkənin Rusiyaya təzyiq göstərmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Entoni və Zelenski arasındakı son danışıqlarda əsas diqqət Avstraliyanın Rusiyaya maksimum təzyiq göstərməsinə necə kömək edə biləcəyinə yönəlib. Ölkə Ukraynaya təxminən 1,5 milyard Avstraliya dolları yardım edib. Nazir jurnalistlərə tankların təhvil verilmə tarixi və qrafiki ilə bağlı hər hansı təfərrüat açıqlamayıb. Onun sözlərinə görə, bu, Ukraynanın müharibə səylərini sarsıda bilər.

 

Digər xəbərlər