Aİ 10 ölkədə işçilərini ixtisar edəcək

admin
Aİ 10 ölkədə işçilərini ixtisar edəcək

Avropa İttifaqı büdcə kəsintiləri və təşkilati dəyişikliklər səbəbindən xaricdəki 10 nümayəndəliyində işçi sayını azaldacaq və təxminən 100 yerli əməkdaşı ixtisar edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Avropa Xarici Fəaliyyət Xidmətinin 2026-2027-ci illər üçün təqdim etdiyi plana əsasən, 144 nümayəndəlikdən 10-da yalnız səfir və bir-iki köməkçi qalacaq. Qalan əməkdaşlar isə distant işə keçəcək. Bu dəyişikliklər Aİ-nin müdafiə tərəfdaşları ilə əlaqələrini gücləndirməyə yönəlir.

İslahatlar ilk ildə Aİ-yə 20 milyon avroya başa gələcək və növbəti illərdə hər il 9 milyon avro qənaət təmin edəcək.

Digər xəbərlər