Menyu

"Liverpul"un hücumçusu 300-ə çatdı

Əziz Əzizli
"Liverpul"un hücumçusu 300-ə çatdı

“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.

Operativ Media xəbər verir ki, bu, 37-ci turda “Brayton”la matçda (2:3) reallaşıb.

Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşan Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).

Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, buna qədər İngiltərə çempionatında “Çelsi”də (2014-2016) çıxış edib.

Teqlər:

"\"Liverpul\"un h\u00fccum\u00e7usu 300-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər