Sabirabadda 16 yaşlı qız öldürülərək Kürə atılıb
Sabirabadda qətl hadisəsi baş verib.
Operativ Media APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma gedir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net