20 May 2025, 18:40
Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb
Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb şəkil
Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb

İsrailin Qəzza zolağında yeni hərbi əməliyyatı səbəbindən Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.

Onun sözlərinə görə, London bu addımı İsrailin baş naziri Benyamin Netanyahunun humanitar yardımın daşınmasına mane olması, həmçinin anklavda hərbi əməliyyatları genişləndirməsi səbəbindən atıb.

Lemmi əlavə edib ki, İsrail səfiri Tzipi Hotovely Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail bütün Qəzza zolağına nəzarət edəcək və Fələstin HƏMAS hərəkatının humanitar yardımı talamasına imkan verməyəcək.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib